“Atletiko Madrid” autsayderlə bacarmadı

“Atletiko Madrid” autsayderlə bacarmadı

“Atletiko Madrid” İspaniya çempionatının 26-cı turu çərçivəsində səfərdə “Almeriya” ilə qarşılaşıb. SİA xəbər verir ki, matçda dörd qol vurulmağına baxmayaraq, qalib məlum olmayıb - 2:2.

Bu oyundan sonra “Atletiko Madrid” 52 xalla dördüncü pillədə qərarlaşıb. Çempionatda qələbəsi olmayan “Almeriya” doqquz xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

“Almeriya” – “Atletiko Madrid” - 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə