Fatih Terim bu ölkədə bir ilk yaşadı

Fatih Terim bu ölkədə bir ilk yaşadı

Karyerasında yeni səhifə açan və Yunanıstan Superliqa komandalarından olan “Panatinaikos”la müqavilə imzalayan Fatih Terim yeni komandasında ilk məğlubiyyətini alıb. SİA xəbər verir ki, Yunanıstan kubokunun 1/4 final matçında “Atromitos”u qəbul edən “Panatinaikos” 2:1 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.

Maraqlıdır ki, Terimə ilk məğlubiyyətini yaşadan “Atromitos”un çalışdırıcısı bir müddət “Qalatasaray”da futbol oynamış Saşa İliçdir.

Bütün xəbərlər Facebook səhifəmizdə