“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb

“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb

“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voleybolçu cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, "sarı-göylər" daha əvvəl digər rusiyalı voleybolçu - Anna Balberova ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə