"Rəqibə qarşı bacardığımız qədər soyuqqanlı olmalıyıq" - Qurban Qurbanov

"Rəqibə qarşı bacardığımız qədər soyuqqanlı olmalıyıq" - Qurban Qurbanov

""Hakken"lə olan sabahkı qarşılaşmamız bu il çıxacağımız son və çox vacib oyundur. Futbolçular demək olar ki, tam hazırdırlar". SİA xəbər verir ki, bu sözləri"Qarabağ"-"Hakken" oyunundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

"Rəqibin müsahibələrindən oyuna ciddi yanaşdıqlarını, bu turniri xalsız tərk etmək istəmədiklərini görürük. Nəzərə almalıyıq ki, qarşımızda güclü rəqib olacaq. Rəqibə qarşı bacardığımız qədər soyuqqanlı olmalıyıq. İnanıram ki, futbolçularım həm psixoloji, həm də fiziki cəhətdən yaxşı performans göstərəcəklər. Oyunçularıma güvənirəm",- deyə o əlavə edib.

Baş məşqçi"Qarabağ"ın önəmli oyunçularından biri olan Medina haqqında da fikirlərini bölüşüb: "Çox istərdim ki, bu oyunda hamı iştirak etsin, o cümlədən Medina. Lakin təəssüf ki, Medina dünən əməliyyat olunduğu üçün nəinki oyunda, hətta Bakıda belə olmayacaq. Belə bir oyunda iştirak etməyə bütün oyunçularım layiqdirlər. Əksikliklər olmasına baxmayaraq, futbolçularım bunu hiss etdirməyəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə