Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışına qatılıb

Stolüstü tennis üzrə seçmə komandamızın üzvü Onur Quluzadə baş məşqçi Mixail Timofeyevin müşaiyəti ilə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. SİA xəbər verir ki, bir sıra beynəlxalq turnirlərin mükafatçısı 2023-cü ilin Çexiyanın Havirov şəhərində keçirilən yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşacaq. Qeyd edək ki, dekabrın 17-dək davam edəcək “Eurotalents Development Camp” qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə