“Liverpul” 90-cı dəqiqədən sonra 43-cü dəfə qol vuraraq İngiltərə Premyer Liqasındakı rekordunu yeniləyib. SİA xatırladır ki, “qırmızılar” “Kristal Pelas”a qarşı səfər matçında Harvi Elliotun 90+1-ci dəqiqədə vurduğu qolu sayəsində 2:1 hesablı qələbə qazanıb.
Baş məşqçi Yurgen Kloppun rəhbərliyi altında Mersisayd təmsilçisinin son dəqiqələrdə vurduğu qolların sayı isə 17-dir ki, bu da ümumi göstəricinin 40 faizini təşkil edir.
Qeyd edək ki, 1992-ci ildə əsas qoyulmuş Premyer Liqada almaniyalı çalışdırıcı cəmi 8 ildir ki, işləyir.
“Arsenal” isə 32 qolla turnir tarixində sözügedən göstəriciyə görə ikincidir. Bu statistikada ilk "beşliy"ə “Tottenhem” (31), “Mançester Yunayted” (29) və “Çelsi” (26) daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB