"Sabah" "Səbail"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq. SİA-nın məlumatına görə, son olaraq daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla 7-ci, qonaqlar 23 xalla 4-cü pillədə qərarlaşıb.

Tura "Neftçi" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq. Paytaxt klubu 19 xalla 6-cı, bölgə təmsilçisi 15 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası
XVI tur
15:00. “Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”

18:00. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə