Belçikalı futbolçu "Fənərbağça"dan ayrılır?

Qış fasiləsində "Fənərbağça"da ayrılıq yaşana bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mişi Batşuayi İstanbul təmsilçisini tərk etmək niyyətindədir. Edin Cekonun gəlişindən sonra əsas heyətə düşə bilməyən belçikalının əsas hədəfi AÇ-2024-də iştirak etməkdir.

Bu səbəbdən də Batşuayi "sarı-lacivərtlilər"dən ayrılmaq istəyir. Belçikalı futbolçu bu barədə fikrini rəhbərliyə çatdırıb. Hücumçu qışda gələcək təklifləri dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, Batşuayi "Fənərbağça"nın heyətində 49 oyunda 25 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə