Donnarumma komandasını pis vəziyyətdə qoydu

PSJ-nin italiyalı qapıçısı Canluici Donnarumma Fransa çempionatının qarşıdakı iki oyununda komandasına kömək edə bilməyəcək. SİA xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı qolkiper Fransa çempionatının 14-cü turunda “Havr”la oyunda etdiyi kobudluğa görə diskvalifikasiya olunub.

Xatırladaq ki, qarşılaşmanın 10-cu dəqiqəsində C. Donnarumma ayağını icazə verilən həddən yuxarı qaldıraraq təhlükəli oynayıb və rəqibinin sinəsinə zərbə endirib. Nəticədə hakim onu meydandan qovub.

Beləliklə, qolkiper Fransa çempionatının 15-ci və 16-cı turunda “Nant” və “Lill” klubları ilə qarşılaşmalarda iştirak edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə