Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Emil Mustafayev Ukrayna milli komandasında oynamaq istəyir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına açıqlamasında deyib.

Gənc oyunçu bildirib ki, əsas yığmadan dəvət gəlsə, bundan imtina etməyəcək: “Mən Azərbaycan millisində oynamaq arzusunda idim, çünki atam bunu çox istəyirdi. Ruslan Rotan məni Ukraynanın gənclərdən ibarət komandasına dəvət edəndə artıq seçimimi etmişdim. Həmin vaxt bir komandadan digərinə keçmək düzgün olmazdı. Amma Ukraynanın əsas millisindən dəvət alsam, cavabım müsbət olar. Çünki bu cür dəvət min ildə bir dəfə ola bilər. Mən burada böyümüşəm və şəxsiyyət kimi formalaşmışam”.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Azərbaycanın U-21 yığmasına cəlb olunan Emil Mustafayev 3 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə