Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub

Portuqaliyanın Fiqeyra-da-Foş şəhərində şahmat üzrə beynəlxalq turnir yekunlaşıb. SİA xəbər verir ki, Azərbaycan şahmatçısı Eltac Səfərli mübarizəni ikinci pillədə başa vurub.

Son oyununda britaniyalı Şoxum Lokiaya qalib gələn Eltac 7 xal toplayıb. O, birinci yerin sahibi kubalı Karlos Albernosadan 1 xal geri qalıb.

Qeyd edək ki, yarışa Hindistan, Rumıniya, Argentina, Fransa, Kanada, İsrail və digər ölkələrdən ümumilikdə 54 şahmatçı qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə