"Azərbaycan millisi həqiqətən alqışlara layiqdir" - Canni De Byazi

"Azərbaycan millisi həqiqətən alqışlara layiqdir" - Canni De Byazi

"Bu gün oyuna çox yaxşı başladıq. Birinci hissədə risk etmədik. Oyunun ikinci hissəsində özümüzü bir qədər çətinə saldıq. Nəticə olaraq bu gün İsveçə qarşı meydanda ürəyimizi qoyduq. Oyunçular həqiqətən alqışa layiqdir. Biz hər oyunda 100% gücümüzü göstəririk". SİA xəbər verir ki, bu sözləri Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra baş tutan mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi deyib.

De Byazi bildirib ki, indiki Azərbaycan komandası yaxşı oyunçulardan ibarətdir: "Fiziki xüsusiyyətlərdən daha vacib olan beyində bir məqsəd qoymaq və ona çatmaq üçün əlindən gələni etməkdir. Düşünürəm ki, mən Azərbaycan millisi ilə çalışmağa başladıqdan sonra hər şey yaxşıya doğru dəyişib. Sadəcə daha rasional oynamalıyıq. Necə ki bugünkü oyunda 10 nəfərlə sona qədər mübarizə apardıq və qələbə qazandıq. İsveç millisi ilə bugünkü qarşılaşmanın çempionatdakı digər oyunlarımızdan əsas fərqi yaratdığımız qol imkanlarını dəyərləndirə bilməyimizdir. Bu baxımdan daha effektiv oynamalıyıq".

"Onu da qeyd edim ki, Avropanın bəlkə də ən ağır qrupundayıq. Bugünədək 7 xal yığmışıq. Bugünkü oyun millimizin əzmini göstərdi. Mən Azərbaycanın azarkeşi olsaydım, çox sevinərdim",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə