“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında "Olimpiakos"la qarşılaşacaq

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında "Olimpiakos"la qarşılaşacaq

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, “qırmızı-qaralar” II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Famil Xəlilovun yetirmələri Yunanıstan klubu “Olimpiakos”u qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.

Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə