"2023-cü il Mingəçevir üçün çox yaddaqalan oldu" - QURUM RƏSMİSİ DANIŞDI

"2023-cü il Mingəçevir üçün çox yaddaqalan oldu" - QURUM RƏSMİSİ DANIŞDI

"Mərkəzi Mingəçevir şəhəri olmaqla Mərkəzi Aran Regional Gənclər və İdman idarələri struktur dəyişikliyinə uyğun olaraq yeni fəaliyyətə başlayıb. Artıq 4 aydır ki, fəaliyyət göstəririk. Mingəçevir üçün 2023-cü il çox yaddaqalan oldu. Belə ki, bütün respublikada olduğu kimi Mingəçevirdə də 2023-cü il Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin 100 illiyi qeyd olunur. Eyni zamanda, Mingəçevir bu il Azərbaycanın gənclər paytaxtı elan olunub". Bu sözləri SİA-ya açıqlamasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov deyib.

O, xatırladıb ki, bu il Mingəçevir şəhərinin yaranmasının 75-ci ildönümü qeyd olunur: "Bütün bu tədbirlər 2023-cü ili daha da zənginləşdirir. Bu zənginləşmə bizim tədbirlərimizə daha da rəng qatır. Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə "Mingəçevir Reqatası-2023" beynəlxalq turniri həyata keçirilir. Bu, ən böyük yarışlardan biridir. 25-27 oktyabr tarixlərini əhatə edən bu yarışlarda 8 ölkədən 14 komanda iştirak edir. Bu tədbirlərin keçirilməsi həm ölkəmizin dünya dövlətləri arasında yüksək səviyyədə tanıdılmasına səbəb olur, həm də Azərbaycan dünyada demokratik, dünyəvi, suveren bir ölkə kimi öz mövqeyini qoruyur və dostluq əlaqələrini genişləndirir".

"Belə tədbirlərin təşkilində əsas məqsədlərdən biri gənc nəslin idmana olan marağını artırmaqdır. Mingəçevirdə həm də akademik avarçəkmə bölmələri fəaliyyət göstərir. Yeniyetmələr və gənclər respublika turnirlərində iştirak edərək dünya və Avropa çempionatlarında özlərini sınamaq niyyətindədirlər. Bu gənclərimizin bir amalına çevrilib",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə