Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçirlər - FOTO
Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır. Azərbaycan Taekvondo Federasiyasından SİA-ya verilən xəbərə görə, Yonqin şəhər Universitetdə hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və Sənan Həşimov rəhbərlik edirlər.
Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova cəlb olunublar. Toplanışda millimizlə yanaşı Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.
Komanda məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir. Oktyabrın 9-dək davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB