Ronaldo bu klubu məhkəməyə verdi

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo "Yuventus"u məhkəməyə verib. SİA xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.

Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə