Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirilir. SİA xəbər verir ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Sentyabrın 2-də Kür çayının iki sahili arasında təşkil edilən “Kürü keçək” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) təşkil edilmişdi. Mingəçevir şəhərində, Kür çayında ikinci dəfə keçirilən yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB