“Trabzonspor” öz meydanında “Antalyaspor”a qalib gəldi

“Trabzonspor” öz meydanında “Antalyaspor”a qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünə start verilib. SİA xəbər verir ki, açılış oyununda “Trabzonspor” öz meydanında “Antalyaspor”la qarşılaşıb.

Matç Qara dəniz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Stefani Densvil vurub.

Qeyd edək ki, turun digər oyunları avqustun 12-si, 13-ü və 14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə