Cüneyt Çakır Gürcüstanda çalışacaq

Cüneyt Çakır Gürcüstanda çalışacaq

Türkiyə Futbol Federasiyasının sabiq referisi Cüneyt Çakır Gürcüstanda çalışacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, Gürcüstan Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinin sədri təyin olunub. Bu barədə Gürcüstan Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, Çakır 2006-cı ildən 2022-ci ilə kimi FİFA referisi idi. O, karyerasında ümumilikdə 1679 matç idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə