"Sabah bizim üçün önəmli oyunlardan biridir" - Qurban Qurbanov

"Sabah bizim üçün önəmli oyunlardan biridir" - Qurban Qurbanov

"Sabah bizim üçün önəmli oyunlardan biridir". SİA xəbər verir ki, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək Qarabağ-HİK matçından əvvəl keçirilən mətbuat konfransında qeyd edib.

Q.Qurbanov futbolçuların sabahkı oyunla bağlı hazır vəziyyətdə olduqlarını qeyd edib: "Hər birimiz bu oyuna çox güclü şəkildə hazırlaşırıq. Sabah rəqib komandanı daha yaxından tanıyacağıq. Komandanın bu gün Bakıya gec gəlməsinin onlara mənfi təsir edəcəyinə inanmıram. Təbii ki, gərginliyimiz var".

Baş məşqçi sabahki oyunda qalib gəlmək istədiklərini bildirib: “Futbol bizim həyat tərzimizdir. Tofiq Bəhramov adına stadionda uzun müddətdir ki, oynamırıq. Sabah uzun müddətdən sonra ilk dəfə orada matça çıxacağıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə