...PSJ bu yay “Barselona”dan hazırkı "Qızıl Oğlan" mükafatının sahibi olan yarımmüdafiəçi Qavini transfer etmək istəyirdi. “Mundo Deportivo”nun məlumatına görə, parislilər ispaniyalının qiymətini öyrənmək üçün katalonlara üz tutub.
SİA-nın əldə etdiyi məlumata görə, “Barselona” dərhal Qavini toxunulmaz hesab etdikləri üçün satmaqda maraqlı olmadıqların bildirib.
Qeyd edək ki, PSJ-nin yeganə variantı Qaviyə 1 milyard avro sərbəst buraxılma maddəsini ödəməkdir ki, bu da təbii ki, maliyyə feyr-pleyində mümkün deyil. Nəticədə parislilər Gavi almaq fikrindən əl çəkdilər.
Xatırladaq ki, PSJ "Barselona"nın daha bir futbolçusu - hücumçu Usman Dembeleni transfer etməyə yaxındır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB