Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasından (AVF) SİA-ya verilən məlumata görə, yarışa bu gün start veriləcək.
Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov - Camal Cəlilov və Məhəmməd Aslanlı - Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək.
Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir.
Qeyd edək ki, turnir avqustun 9-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB