Su polosu üzrə turnirin qalibləri müəyyənləşib

Su polosu üzrə turnirin qalibləri müəyyənləşib

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş su polosu üzrə turnir keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Azərbaycan Üzgüçülük Federasiyasından verilib.

Yarışda altı komanda mübarizə aparıb. “Qarabağ” klubu bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. “Bakı Oxford Schooll”un komandası yarışı ikinci, SKA isə üçüncü pillədə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə