“Qarabağ”ın “Rakuv”la cavab matçının vaxtı bilindi

“Qarabağ”ın “Rakuv”la cavab matçının vaxtı bilindi

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib. SİA bildirir ki, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə