"Barselona" Romeunu heyətinə qatıb

"Barselona" Romeunu heyətinə qatıb

İspaniya Birinci Futbol Liqasının (La Liqa) komandalarından olan "Barselona" yarımmüdafiəçi Oriol Romeunu heyətinə qatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona"dan verilən açıqlamada "Jirona" forması geyinən 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığı qeyd edilib.

"Barselona"nın 20 yaşlı yarımmüdafiəçisi Pablo Torre gələn mövsüm icarə əsasında "Jirona"da çıxış edəcək.

Romeu ötən mövsüm La Liqada 33 oyuna çıxıb və 2 qol vurub. "Barselona" yay transfer pəncərəsi zamanı "Mançester Siti"dən İlkay Gündoğan və "Atletik Bilbao"dan İniqo Martinesi heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə