Bu gün çimərlik futbolu üzrə millimiz Litva yığması ilə qarşılaşacaq

Bu gün çimərlik futbolu üzrə millimiz Litva yığması ilə qarşılaşacaq

Bakıda çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ yarışları davam edir.
SİA xəbər verir ki, A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüşə çıxacaq. Yığmamız Litva ilə qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə