Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər

Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər

Portuqaliyanın “Torreense” klubunun futbolçusu Dieqo Raposo karyerasını Azərbaycanda davam etdirə bilər. SİA xəbər verir ki, "Sumqayıt" klubu 27 yaşlı vingerlə maraqlanır. "Gənclik şəhəri" təmsilçisinin braziliyalı oyunçu ilə danışıqlar apardığı bildirilir.

Yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə oluna biləcəyi gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə