Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Musa Qurbanlının ardından daha bir futbolçusu ilə vidalaşa bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Kolumbiyalı futbolçu ilə “Rizespor” klubu maraqlanır.
Klubun baş meneceri Asif Əsgərov matc.az saytına xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Medinaya maraq var: “Amma hazırda bizi öz oyunlarımız maraqlandırır. Onun Türkiyəyə gedib-getməyəcəyi yaxın günlərdə bəlli olacaq”
Qeyd edək ki, Medina “Qarabağ”a 2020-ci ilin yayında keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB