"Neftçi"nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında növbəti rəqibləri bəlli olub
“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Netanya" mərhələsindəki rəqibləri bəlli olub. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi 23-24 iyunda İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın "Qyor" klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq.
"Neftçi" ilk oyununu iyulun 2-də Bakı vaxtı ilə saat 18:25-də Niderland seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB