Kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado "Yuventus"dan ayrılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun "Yuventus"la müqaviləsi iyunun 30-dək idi. "Yuventus" 35 yaşlı futbolçu ilə sözləşməni yeniləməmək qərarına gəlib. Kuadrado 8 il (2015-ci ildən) “Yuventus”da çıxış edib. O bu komanda ilə 10 kubok qazanıb: 5 Skudetto, 3 ölkə kuboku və 2 İtaliya Superkuboku.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB