"Barselona” Sofyan Amrabatı transfer etmək fikrindən vaz keçib.
SİA-nın əldə etdiyi məlumata görə, kataloniyalılar onun əvəzinə “Mançester Siti”dən İlkay Gündoğanı heyətinə qatıb.
“Fiorentina”nın yarımmüdafiəçisi cari transfer pəncərəsində “Barselona” üçün prioritet hədəf idi. Amrabat özü də Kataloniya klubuna keçmək arzusunda idi. Rəhbərlik Lionel Messinin geri dönəcəyi təqdirdə Amrabatı ideal yarımmüdafiəçi hesab edirdi. Lakin argentinalının qayıdışı baş tutmadığından, İlkay Gündoğanla müqavilə imzalanıb.
“Barselona”nın baş məşqçisi Xavi topa sahib olan və müdafiədə hərəkət edə bilən oyunçu ilə anlaşmaqda maraqlıdı.
Amrabata “Mançester Yunayted”, “Bavariya”, PSJ və “Atletiko” da maraq göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB