Azərbaycan minifutbol yığması dünya reytinqində irəliləyib

Azərbaycan minifutbol yığması dünya reytinqində irəliləyib

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.

SİA-nın məlumatına görə, son Avropa çempionatının qalibi olan Azərbaycan yığması yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib. Yığmanın aktivində 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə