"Napoli"ni Rudi Qarsiya çalışdıracaq

"Napoli"ni Rudi Qarsiya çalışdıracaq

Son İtaliya çempionu "Napoli"nin yeni baş məşqçisi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Neapol təmsilçisini Rudi Qarsiya çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, tərəflər arasında müqavilə imzalandığını bildirib. Fransalı mütəxəssis bu vəsifədə Luçano Spalettini əvəzləyib.

Qeyd edək ki, Rudi Qarsiya son olaraq Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə