"Yuventus" Superliqa ideyasından geri çəkildi

"Yuventus" Superliqa ideyasından geri çəkildi

"Yuventus" Avropa Superliqası ideyasından geri çəkilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi nəzərdə tutulan turniri yaratmağa çalışan digər iki klub - "Real" və "Barselona"nı bu barədə məlumatlandırıb.

"Yuventus"un Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladığı bildirilir. Layihədən çəkilmə prosesi bir neçə həftə vaxt aparacaq. Klubun bu barədə qəti qərar verdiyi qeyd edilib.

Xatırladaq ki, 2021-ci ilin aprelində 12 top klub Avropa Superliqasının yaradıldığını elan edib. Bunlar "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Liverpul", "Tottenhem", "Çelsi", "Barselona", ​"​Real", "Atletiko", "İnter", "Milan" və "Yuventus" olub. Nəzərəd tutulan layihə birmənalı qarşılanmayıb. UEFA isə bu klublara qarşı sərt addımların atılacağını açıqlayıb. Bundan sonra əksər klublar layihədən çəkildiklərini elan ediblər və yalnız üç iştirakçı Superliqada qalıb - "Barselona", "Real" və "Yuventus".

Bütün xəbərlər Facebook səhifəmizdə