"Taekvondo dünya miqyasında cəlbedici idman növüdür" - Tomas Bax

"Taekvondo dünya miqyasında cəlbedici idman növüdür" - Tomas Bax

"Mən Prezident Çonun rəhbərliyi altında əldə edilmiş möhtəşəm nailiyyətləri xüsusi qeyd etmek istərdim. O taekvondonu dünyada ən sürtəli inkişaf edən idman növlərindən birinə çevirdi". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının açılış mərasimində Dünya Olimpiya Komitəsinin Prezidenti Tomas Bax video-görüntülü çıxışında deyib.

O bildirib ki, taekvondo indi həqiqətən qlobal idman növüdür: "Taekvondo hazırda dünya miqyasında cəlbedici bir idman növüdür. Siz bütün dünyada insanları dinc rəqabətdə bir araya gətirir və bununla da bizim ortaq Olimpiya dəyərlərimizi təbliğ edirsiniz. Buna görə də Dünya Taekvondosunda təmsil olunan hər kəsə təşəkkür etmək istəyirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə