"Bu çempionat həm ölkə, həm də idmançı sayına görə yeni rekord hesab olunur" - Kəmaləddin Heydərov

"Bu çempionat həm ölkə, həm də idmançı sayına görə yeni rekord hesab olunur" - Kəmaləddin Heydərov

"Bu gün ölkəmizdə teakvondo üzrə çox sayda idmançılarımız var. Həmçinin Azərbaycanda bu idman növünə xeyli sayda maraq var". SİA xəbər verir ki, bu sözləri taekvondo üzrə dünya çempionatının açılış mərasimində Azərbaycan Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov deyib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 100 idmana gösyərdiyi diqqət və qayğı bu günkü gün cənab Prezident İıham Əliyev tərəfindən uğurlu şəkiıdə həyata keçirilir: "Teakvondo üzrə 26-cı dünya çempionatının və dünya teakvondosunun 50 illik yubleyinin keçirilməsini bizə həvalə etdiklərinə görə Dünya Teakvondo Federasiyasına dərin minnətdarlığımızı bildiririk. Bu çempionat həm ölkə, həm də idmançı sayına görə yeni rekord hesab olunur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə