David Silva üçün mövsüm erkən bitdi

"Real Sosyedad"ın yarımmüdafiəçisi David Silva üçün mövsüm erkən bitib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı oyunçu dizindən zədələnib. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

İspaniyalı futbolçunun bir neçə həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, Silva son 2 turda "Atletiko" və "Sevilya"ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, David Silva bu mövsüm "Real Sosyedad"da 34 oyuna 3 qol vurub, 7 qolun ötürməsini edib.

Bütün xəbərlər Facebook səhifəmizdə