Türkiyə millisinin üzvü Onur Bulut Avro-2024-ün seçmə mərhələsində Ermənistana qalib gəldikləri matç (2:1) barədə danışıb. SİA "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi mühüm 3 xal qazandıqlarını deyib: "Çətin qələbə oldu. Yaxşı oynaya bilmədik, amma 3 xal qazandıq. Bu, seçmə mərhələdə ilk matçımız idi. Ümid edirəm ki, Xorvatiyaya qarşı daha yaxşı oyun sərgiləyərik. Bu çətin səfərdən qələbə ilə qayıtmaq vacib idi. Xorvatiyaya qarşı ən yaxşı şəkilfə oynamağımız lazımdır".

Qeyd edək ki, Türkiyə millisi martın 28-də evdə Xorvatiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə