Beynəlxalq dərəcəli azərbaycanli həndbol hakimləri növbəti təyinat alıblar
Beynəlxalq dərəcəli həndbol hakimləri Erners və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, təcrübəli referilər bu dəfə qadın həndbolçuların EHF Avropa kuboku turnirində ölkəmizi təmsil edəcəklər. Söhbət qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” - “MKS İUVENTA Mixalovçe” görüşündən gedir.
Türkiyə və Slovakiya təmsilçilərinin qarşılaşması gərgin və maraqlı mübarizə vəd edir.
Oyun martın 18-də Akdeniz Universitetinin idman sarayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB