Poçettino “Real Madrid”ə gətiriləcək?

Poçettino “Real Madrid”ə gətiriləcək?

Belə görünür ki, Karlo Ançelotti bu mövsümün sonunda “Real Madrid”də baş məşqçi postunu tərk edəcək. “TodoFichajes”in məlumatına görə, Madrid klubu artıq komandaya yeni sükançı tapmaq üzərində işləyir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, madridlilər tərəfindən bir nömrəli namizəd kimi Maurisio Poçettino seçilib.

“Real Madrid” hesab edir ki, Maurisio Poçettino ispan futbolunu yaxşı bilir və həm də geniş peşəkar təcrübəyə malikdir. Bundan əlavə, argentinalı həmişə “Santyaqo Bernabeu”da işə düzəlmək arzusunda olduğunu da gizlətməyib.

Qeyd edək ki, Maurisio Poçettino PSJ-dən ayrıldıqdan sonra ötən yaydan işsizdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə