"Trabzonspor"un baş məşqçisi istefa verib

"Trabzonspor"un baş məşqçisi istefa verib

Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Abdullah Avcı istefa verib. SİA xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb. Qeyd edək ki, Abdullah Avcı 2020-ci ildən Qara dəniz təmsilçisində işləyir. 60 yaşlı mütəxəssis 2021/2022 mövsümündə "Trabzonspor"la ölkə çempionu olub. Daha əvvəl klubun prezidenti Ahmet Ağaoğlu istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə