İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan matçda "Everton"u 4:0 hesabı ilə məğlub edən "Arsenal" yeni rekorda imza atıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Everton"u ümumilikdə 100-cü dəfə məğlub edib. Bununla da "Arsenal" çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub olub.
Qeyd edək ki, 25 turdan sonra 60 xal toplayan "Arsenal" Premyer Liqanın şəriksiz lideridir. Mikel Artetanın rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi olan "Mançester Siti"ni 5 xal qabaqlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB