Mayın 8-15-də Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək - QURUMDAN AÇIQLAMA
Mayın 8-dən 15-dək Bakıda Atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Atıcılıq Federasiyası məlumat verib.
Qurumdan verilən məlumata görə, yarışlarda 50-dən artıq ölkədən 600 nəfər idmançı və texniki heyətin iştirakı gözlənilir. Budəfəki Dünya Kuboku güllə atıcılığının növləri üzrə keçiriləcək.
Qeyd edək ki, ötən il Dünya Kuboku 27 may-7 iyun tarixlərində baş tutmuşdu. Yarışlarda 26 ölkəni təmsil edən idmançılar 94 medal aparmışdı.
Azərbaycan Atıcılıq Federasiyası Dünya Kubokuna hazırlığa start verib. “Həm oyunçularımızın yarışlara hazırlığı, həm də yarışlara gələcək beynəlxalq idmançılar və texniki heyətin qarşılanması ilə bağlı əməkdaşlarımızın hazırlığı istiqamətində fəaliyyətə başlamışıq” - Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov belə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB