"Komandada ciddi dəyişikliklər var" - QURBAN QURBANOV

"Mən hər zaman komandamda olan futbolçuların sağlam olmasını istəmişəm". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ" komandasının qələbəsi ilə bitən "Qarabağ" - "Gent" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında bildirib.

Qurban Qurbanov qeyd edib ki, bu amil mənim üçün daima vacib olub: "Bizim komandamızda köklü dəyişikliklər baş verib. Ötən illərə baxanda komandada tək Kadi deyil, bir sıra oyunçular baxımından dəyişikliklər edilib. Texiniki səhvlər, müəyyən detalların olmaması məni narahat etmir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə