"Bütün futbolçularımı təbrik edirəm. Onlar sona kimi meydanda mübarizə apardılar". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ" komandasının qələbəsi ilə bitən "Qarabağ" - "Gent" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında bildirib.
O, tam da bunu görmək istədiyini bildirib: "Azərkeşlərimiz və sizlər bu soyuq havada bizim yanımızda olduğunuz üçün öz təşəkkürlərimi bildirirəm. Bu oyun bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Biz çox dinamik komandaya qarşı mübarizə apardıq. Mən belə komandalara qarşı hər zaman rəğbətlə yanaşıram. Bu cür komandalara qarşı oynamaq bizim üçün böyük şansdır. Sona kimi belə komandalara qarşı mübarizə aparmaq bizə bir növ stimul verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB