Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən “World Athletics Indoor Tour” (Silver Level) turnirində gümüş medal qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Atletika Federasiyasından bildirilib ki, üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançı 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB