"Sabah bizi çətin oyun gözləyir" - BAŞ MƏŞQÇİ DANIŞDI

""Qarabağ" komandası iki dəfə Belçika komandasına qarşı qalib gəlib". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Gent" komandasının baş məşqçisi Heyn Vanhazebru "Qarabağ"-"Gent" oyunundan öncə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, sabah bizi çətin oyun gözləyir. Çünki biz 30 min insanın qarşısında oynayacağıq. Bu baxımdan həyəcanlıyıq. Qalib gəlsək çox yaxşı olar. Ancaq bərabərə qalsaq belə ev oyununda bunun öhdəsindən gələ bilərik. Qeyd edim ki, "Qarabağ" komandası təkcə ev oyunlarında deyil, həmçinin səfərlərdə də çox yaxşı oyun sərgiləyir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə