Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Fevralın 16-da Yüksək Liqada III dövrə çərçivəsində iki matç keçiriləcək. VIII turun ilk qarşılaşmasında “Abşeron” klubu “Azərreyl”i sınağa çəkəcək (saat 16:00). Ardınca UNEC - “Murov” oyunu baş tutacaq (saat 18:00). Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə