Neymar ən yaxşı braziliyalı futbolçu seçilib

PSJ-nin hücumçusu Neymar 2022-ci ildə ölkə xaricində çıxış edən ən yaxşı braziliyalı futbolçu seçilib. SİA xəbər verir ki, o, "Qızıl samba" mükafatına sahib çıxıb. 31 yaşlı futbolçu bununla bağlı öz Tvitter hesabında paylaşım edib. Bununla da hücumçu ardıcıl 3-cü, ümumilikdə 6-cı dəfə dəfə bu mükafatı qazanıb.

Qeyd edək ki, qalib azarkeşlər, jurnalistlər və keçmiş futbolçular arasında keçirilir. 2021-ci ilə qədər bu mükafat Avropada oynayan braziliyalıya verilirdi. 2021-ci ildən isə ölkə xaricində çıxış edən bütün braziliyalılar mükafatı ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə