"Əl-Nasr" klubu Ronaldunun maaşının cəmi neçə faizini ödəyir?

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu futbolçusu Kriştianu Ronaldunun maaşının cəmi 10 faizini ödəyir. SİA xəbər verir ki, 38 yaşlı hücumçu məvacibinin qalan hissəsini Səudiyyə Ərəbistanının büdcəsindən alır.

Daha əvvəl portuqaliyalı forvardın maaşının təxminən 217 milyon avro olduğu bildirilib.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ay "Əl-Nasr" ilə 2 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə